Şimpanzelərin qeyri adi bacarığı üzə çıxdı

20.11.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanzaniyada aparılan araşdırmalar zamanı şimpanzelərin qida əldə etmək üçün ot və ağac qabığından xüsusi alətlər hazırladıqları aşkarlanıb. Alimlər bu davranışın Afrika qitəsinin həmin bölgəsində ilk dəfə qeydə alındığını bildirirlər.

“Cebheinfo.az” xəbər verir ki, tədqiqatçılar Tanzaniyanın Loasi meşə qoruğunda yaşayan şimpanzelərin termitləri yuvalarından çıxarmaq üçün nazik ot parçalarından və ağac qabığından istifadə etdiklərini müəyyən ediblər.

Araşdırmaya görə, şimpanzelər hazırladıqları alətləri termit yuvalarının içərisinə salaraq həşəratları çıxarır və qida kimi qəbul edirlər. “Termit ovu” adlandırılan bu üsul şimpanzelərin digər populyasiyalarında da müşahidə edilsə də, Tanzaniyadakı son kəşf bu davranışın məlum yayıldığı coğrafi sərhədi təxminən 230 kilometr cənuba doğru genişləndirib.

Alimlər hesab edirlər ki, bu kəşf şimpanzelərin intellektual imkanlarını, ətraf mühitə uyğunlaşma qabiliyyətini və qida əldə etmək üçün müxtəlif vasitələrdən istifadə bacarığını daha dərindən öyrənməyə imkan verir.

Tədqiqatçılar həmçinin qeyd edirlər ki, şimpanzelər arasında alətlərdən istifadə üsulları qruplara görə fərqlənə bilər. Bu davranışların bir qismi heyvanların bir-birini müşahidə etməsi və təcrübəni mənimsəməsi nəticəsində nəsildən-nəslə ötürülür.

Araşdırmanın nəticələri “African Primates” elmi jurnalında dərc olunub. Tədqiqatda iştirak edən alimlər yeni kəşfin Loasi meşə qoruğunun və burada yaşayan şimpanzelərin qorunmasının əhəmiyyətini bir daha göstərdiyini bildiriblər.

Qeyd edək ki, Tanzaniya hökuməti müvafiq təşkilatlarla və yerli icmalarla birlikdə Loasi meşə qoruğunun daha yüksək mühafizə statusu alması imkanlarını nəzərdən keçirməyə razılıq verib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью