Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyaca məşhur "Simpsonlar" animasiya serialının əfsanəvi bəstəkarı Alf Klauzen 85 yaşında vəfat edib.
Oxu.Az-ın "The Hollywood Reporter"a istinadla verdiyi məlumata görə, bu barədə Klauzenin qızı Kaarin xəbər verib.
Bildirilir ki, bəstəkar Los-Ancelesdəki evində dünyasını dəyişib.
Onun sözlərinə görə, atasına təxminən səkkiz il əvvəl proqressiv supranuklear iflic diaqnozu qoyulmuşdu, lakin ölüm səbəbi bu xəstəliklə bağlı olub-olmadığı açıqlanmayıb.
Alf Klauzen 1990-cı ildən 2017-ci ilə qədər "Simpsonlar" serialının musiqisini bəstələyib və bu işinə görə iki dəfə "Emmi" mükafatına layiq görülüb (1997 və 1998-ci illərdə).
"Simpsonlar" serialının əfsanəvi bəstəkarı Alf Klauzen vəfat etdi
O, eyni zamanda "ALF" (1986-1990) serialındakı musiqi işləri ilə də tanınıb.
Klauzenin musiqi bəstələdiyi digər məşhur layihələr arasında "Disneyland" (1954-1997), "Moonlighting", (1985-1989) və "Now and Again" (1999-2000) kimi televiziya layihələri də var.