Şimşək çaxacaq, dolu düşəcək SABAHIN HAVASI

20.10.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən Ölkə.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-16° isti olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью