Şimşək çaxır, yağış yağır Faktiki hava

02.05.2025

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 2-si saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir və Biləsuvarda şimşək çaxır, arabir yağış yağır.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kəlbəcər, Altıağac və Daşkəsəndə 18 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 23, Naxçıvan MR-da 28, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью