Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Oktyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 21-dən 22-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-15, gündüz 17-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağıntının olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.