futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Premyer Liqasının XVII turu son illərdə nadir təsadüf olunan hadisə ilə əlamətdar olub.
Futbolpress.az xəbər verir ki, 12 qat Azərbaycan çempionu “Qarabağ” öz meydanında “Kəpəz”ə 0:2 hesabı ilə uduzub.
Ağdam klubunun Premyer Liqa matçında öz meydanında bir topdan artıq fərqlə uduzması təxminən 14 ildən sonra qeydə alınıb. 2011/12 mövsümündə “Bakı” səfərdə 4:2 hesabına sevinib. 2012-ci il aprelin 22-də baş tutan həmin görüşdən 5025 gün sonra “Kəpəz” eyni fərqlə qalib gəlib.
“Qarabağ”ın çempionatdakı ev oyununda qol vurmadan 2 və ya daha çox top buraxması isə Qurban Qurbanovun komandadakı debüt mövsümündə yaşanıb. 2008/09 mövsümündə “Simurq” ağdamlıların meydanında 2:0 hesabına sevinib. 17 il əvvəl – 2008-ci il sentyabrın 27-də keçirilən görüşdən 6328 gün sonra eyni nəticə təkrarlanıb.