Simvolları ləğv edildi

06.05.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vatikan Roma Papası Fransiskə məxsus iki güc simvolunun ləğvi prosesini aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Vatikanın mətbuat xidmətinin rəhbəri Matteo Bruni brifinqdə bildirib.

Söhbət qurğuşun möhürü və “Balıqçı üzüyü”ndən gedir. Ənənəvi olaraq, papalar apostol məktublarını imzalayarkən onlardan istifadə edirdilər.

Papa hakimiyyətinin iki simvolunun ləğvi kardinalların sonuncu ümumi yığıncağında baş tutub. Bu prosedur Roma Katolik Kilsəsinin yeni rəhbərinin seçilməsindən əvvəl aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью