Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli müğənni Sinan Akçıl şəxsi həyatı ilə bağlı uzun müddətdir gizli saxladığı məqamı açıqlayıb.
Lent.az xəbər verir ki, bu barədə Habertürk məlumat yayıb.
8-ci Merter Moda Həftəsində səhnəyə çıxan müğənni jurnalistlərin münasibətləri ilə bağlı sualına həyatında birinin olduğunu deyib.
“Bir münasibətim var, amma heç kim bizi tuta bilmir. Bu da məni xoşbəxt edir”, – Akçıl bildirib. Müğənni sevgilisinin kimliyini açıqlamayıb.