Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türk müğənnilər Ferhat Göçer ilə Sinan Akçıl arasındakı gərginlik artır.
Demokrat.az xəbər verir ki, Göçerin köhnə dostu ilə bağlı açıqlamalarından sonra Akçıl mahnılarının müğənni tərəfindən səsləndirilməsinə icazə vermədiyini açıqlayıb.
Ferhat Göçer iştirak etdiyi proqramda Sinan Akçıl ilə münasibətlərinin niyə əvvəlki kimi olmadığı ilə bağlı suala cavab verib. Göçer Akçılı musiqidən daha çox maqazin gündəmi ilə ön plana çıxmaqda ittiham edib.
Müğənni keçmiş dostunun “media meymunluğu” etdiyini iddia edərək onun musiqiyə qayıtmalı və yenidən mahnı yaratmağa fokuslanmalı olduğunu bildirib.
Göçer həmçinin Akçılın bu davranışı davam etdiyi müddətdə aralarındakı münasibətlərin düzələcəyini gözləmədiyini söyləyib. Ferhat Göçerin açıqlamalarından sonra susqunluğunu pozan Sinan Akçıldan diqqətçəkən addım gəlib.
Sinan Akçıl vəkili Eda Salman vasitəsilə Ferhat Göçerə notarius yolu ilə xəbərdarlıq göndərildiyini açıqlayıb.
Akçıl bildirib ki, xəbərdarlıqda ona məxsus əsərlərin bundan sonra canlı ifa edilməsinə razılıq vermədiyi rəsmi şəkildə bildirilib. O, xəbərdarlığa baxmayaraq mahnıların canlı ifa edilməsi halında lazımi hüquqi addımların atılacağını da açıqlayıb.
Akçılın sosial şəbəkələrdə Ferhat Göçerin adını çəkməyərək “F.G. adlı müğənni” ifadəsindən istifadə etməsi də diqqət çəkib.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, Göçerin köhnə dostu ilə bağlı açıqlamalarından sonra Akçıl mahnılarının müğənni tərəfindən səsləndirilməsinə icazə vermədiyini açıqlayıb.