Sindi Kroufordun oğlunun ölümünün ilkin səbəbi açıqlandı

23.09.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, dünyaca məşhur model Sindi Kroufordun yeganə oğlu Presli Gerber vəfat edib.

Axşam.az-ın məlumatına görə, Presli Gerberin ölümünün ilkin səbəbi bəlli olub.

Santa-Monika Polis Departamentindən verilən məlumata görə, onun ölümünün ilkin səbəbi  narkotik maddənin həddindən artıq dozada qəbul etməkdir.

Bununla belə, məhkəmə-tibbi ekspertiza başa çatsa da, yekun rəsmi rəy hələ açıqlanmayıb.

Qeyd edək ki, Presli Gerber 1999-cu ildə supermodel Sindi Krouford və onun həyat yoldaşı Rendi Gerberin ilk övladı olaraq dünyaya gəlib. Cütlük bundan bir il əvvəl evlənib. 2001-ci ildə onların qızı, hazırda məşhur model və aktrisa olan Kaya Gerber dünyaya gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью