Sindirellanın hekayəsi bu dəfə ögey bacıların gözündən

16.11.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Netflix” məşhur Sindirella nağılını tamamilə fərqli baxış bucağından təqdim edən yeni animasiya filmi hazırlayıb.

Kulis.az xəbər verir ki, “Steps” adlı musiqili animasiya noyabrın 20-də platformada yayımlanacaq.

Əsər hadisələri Sindirellanın yox, ənənəvi nağılda mənfi personajlar kimi təqdim edilən ögey bacıların nöqteyi-nəzərindən danışır.

Filmdə anlaşılmayan və haqsız yerə pis obraz kimi tanınan bacılardan biri Ali Vonq tərəfindən səsləndirilir. Sindirellanın obrazını Amanda Seyfrid canlandırır. Səs aktyorları arasında Daniel Redkliff, Bette Midler və Piter Dinkleyc də var. Layihə klassik nağılın qəhrəmanlarını yenidən qiymətləndirməklə yanaşı, uşaqlıqdan tanıdığımız hekayədə hadisələrin başqa tərəfdən necə görünə biləcəyini göstərir.

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama “Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı? “Balaca səyyah” premyeraya hazırlaşır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью