Sindoor əməliyyatı hələ bitməyib

16.05.2025

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Cammu və Kəşmirdəki terror hücumuna cavab olaraq Pakistana qarşı başladılan Sindoor əməliyyatı hələ bitməyib; bu sadəcə bir treylerdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Hindistanın müdafiə naziri Rajnath Singh deyib.

Sinq Qucarat əyalətindəki Bhuj Rudra Mata Hərbi Hava Qüvvələri bazasına səfəri zamanı mediaya açıqlama verib.

O, Pakistanın fəaliyyətinin yaxından izlənildiyini vurğulayıb.

Əməliyyat çərçivəsində Pakistanın infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəydiyini iddia edən Sinq, Pakistanın hava bazalarının əksəriyyətinin məhv edildiyini iddia edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью