Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Kanal D kanalında yayımlanan məşhur "Uzak Şehir" serialının ulduzu Sinem Ünsal siması olduğu “İpekyol” brendinin təşkil etdiyi tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
Bizim.Media xəbər verir ki, Mardində serialın çəkilişlərinin çox xoş keçdiyini deyən aktrisa "Mardin artıq mənim doğma şəhərimdir.
Orada yaratdığımız ailə atmosferi möhtəşəmdir. Hər dəfə yeni bir bölümün ssenarisi gələndə həyəcanlanırıq. Ssenaristimiz da bizi gözlənilməz dönüşlərlə təəccübləndirməyi sevir" deyib.
Qeyd edək ki, layihənin baş rolunu Sinem Ünsalla Ozan Akbaba canlandırır.
Bizim.Media