SİNƏMDƏ EHTİYAT SÖZ SAXLAMIŞAM...

13.07.2026

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

 Əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illik yubileyinə dəvət alanda düzü, bir az təəccübləndim...

 ...Və az sonra yaddaşımı qurdalayanda baxıb gördüm ki, Qismət kişinin oğlu Faiqin haqqannnas yaşı 70-i haxlayıb.  

 Həmin bu 70 ilin 35 ilini bir yerdə, "Azərbaycan" nəşryyatında sağa-sola xərcləmişik.

 Bu illərin 12 ilini isə "Ədalət" qəzetində, Aqil Abbasın "Dəmir yumruğu" altında bişib, püxtələşmişik.

 Faiq Qismətoğlu bu gün də "Ədalət"in aparıcı jurnalistlərindən biridi və öz missiyasını yüksək səviyyədə yerinə yetirir.

 Yeri gəlmişkən:

 Xalqın şairi Şücaət Kəlbəcərli yazır ki...
 Xoşum gəlmir tez alışıb sönəndən,
 Qəlbimdə yüz illik köz saxlamışam.
 Bəlkə bundan ağır günlərə düşdüm,
 Sinəmdə ehtiyat söz saxlamışam...

 Bu bir bənd şeirdəki hikmətin Faiq Qismətoğluna birbaşa şamil olduğunun dəfələrlə şahidi olmuşam.

...Sözün birbaşa mənasında, əsil söz adamıdı Faiq Qismətoğlu.  Tez alışıb, tez də sönən yazarlardan deyil, söz baqajı doludur. Hansı janrda yazırsa yazsın, fikrini başa düşülən, sərbəst şəkildə ifadə etməyi bacarır.

Bunu publisist yazılarında daha çox müşahidə etmək olur...

 F. Qismətoğlu həm də Allah adamıdır. "Bəlkə bundan ağır günlərə düşdüm", kəlamını qəlbinin dərinliyində gəzdirirv və bu İlahi kəlamın təsiri altında sinəsində ehtiyat söz saxlayır...

 Bu söz onu həmişə doğru  yola səsləyir, süfrəsinə haram tikənin düşməsinə imkan vermir.

 Elə buna görə də "Mətbuat Şurası"nın foyesində Şuranın sədri Rəşad Məcidi, ustad şairimiz Vaqif Bəhmənlini, görkəmli jürnalist Emin Eminbəylini, araşdırmaçı jurnalist Qafar Çaxmaqlını, öz dəsti-xətti ilə seçiləm jurnalist Əminə Yusifqızını, uzun illər bizimlə "Ədalət" qəzetində çiyin-çiyinə çalışan jürnalist Zaur Vəliyevi, Nizami Allahyarovu və digər tanınmış söz adamlarını görəndə təəccüblənmədim, əksinə, ürəyim dağa döndü...

Və Faiq Qismətoğlunun 70 illik yubileyi keçirilən zaman diqqətimi çəkən əsas məqam tədbirdə isştirak edənlərin səmimiyyət oldu. 

Ürək sözünü deyənlər arasında şablon cümlələr işlədən, pafoslu sözlər deyən bir nəfər belə görmədim...

...Sinəsində həmişə ehtiyat söz saxlayan, əli qələm tutan gündən bəri haqqı nahaqqın ayağına verməyən qələmdaşım, sirdaşım, ən çətin günlərimdə harayıma yetən qardaşım, işin avand, yolun həmişə açıq olsun...

Asif Talıboğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью