Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... EHTİYATLI OLUN | Icma.az
Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir.
Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır?
Ailem.az türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir.
Soyuq və küləkli havada risk artır Həkim bildirir ki, infarkt kişilərdə əsasən 45 yaşdan, qadınlarda isə 55 yaşdan sonra rast gəlinir: “Kişilər qadınlara nisbətən daha çox risk altındadır.
Bununla yanaşı diabet, siqaret, yüksək təzyiq, yüksək xolesterol, hərəkətsiz həyat tərzi, stress və qeyri-sağlam qidalanma nəticəsində yaranan köklük infarkta səbəb olan amillər arasında göstərilir”.
Kardioloqun sözlərinə görə, havaların soyumasının ürəyə mənfi təsirləri var.
Belə ki, soyuq və küləkli hava ürək damarları üzərində büzüşdürücü təsir yaradaraq, təzyiqi yüksəldib ürək sürətini artırır.
Tam oxu
Xəbəri oxu