Sinif otaqlarında özbaşınalıq: Bu şəraiti kim yaradıb? VİDEO

27.10.2025

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Son illərdə məktəblərdə müşahidə olunan narahatedici mənzərə cəmiyyətdə dərin suallar doğurur: niyə görə müəllim səsini qaldırmaqdan, tələbkarlıq göstərməkdən çəkinir, amma şagird istədiyini deməkdə, hətta kobud davranmaqda azaddır?

Müəllimə qarşı hörmətsizlik, aqressiya və itaətsizlik hallarının artması artıq tək-tük hadisə deyil, sistemli problemə çevrilib. Bəziləri bunu “yeni nəsil azadlığı” kimi dəyərləndirsə də, əslində bu azadlıq yox, məsuliyyətsizliyin və cəzasızlığın nəticəsidir. Təhsil sistemi sanki balansını itirib: müəllim qorxur, şagird isə özünü hökmdar kimi aparır.

Bu vəziyyətin kökündə nələr dayanır – tərbiyə boşluğu, valideyn nəzarətsizliyi, yoxsa müəllim nüfuzunun zəiflədilməsi?


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью