Siniflərdə şagird sayı azaldılacaq?

12.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"Məktəblərdə aparılan monitorinqlər və yoxlamalar nəticəsində 30-35 şagirdin təhsil aldığı siniflərdə təhsilin göstəricisi müsbət olub, ona görə də şagirdlərin sayının azaldılması məsələsi prioritet deyil".

Bunu Oxu.Az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

"Bəzi az sayda siniflər var ki, orada 40-45 şagird təhsil alır. Belə olan halda həmin siniflərin bölünməsi və şagird sayının azaldılması həyata keçirilir", - deyə E.Bağırov qeyd edib.

Rövşən Əsədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью