Sinirlioğlu: ATƏT təhlükəsizliyi hərbi yolla deyil, qarşılıqlı diplomatiya ilə təmin etməyə çalışır

25.04.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ATƏT təhlükəsizliyi hərbi yolla deyil, qarşılıqlı diplomatiya yolu ilə təmin etməyə çalışır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

O qeyd edib ki, ATƏT hər sahədə konsepsiyaya uyğun addım atır:

"Bizim təməlimiz prinsiplər əsasında qurulub. ATƏT hərbi təşkilat deyil, təhlükəsizlik təşkilatıdır və biz təhlükəsizliyi qarşılıqlı diplomatiya yolu ilə təmin etməyə çalışırıq. ATƏT-in məqsədi silahlara nəzarət və silahsızlaşdırma olub. Onlar təşkilatın təməlini təşkil edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью