Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Litva Seymi (parlamenti) Litva Sosial-Demokrat Partiyasının (LSDP) 42 yaşlı lideri Mindauqas Sinkeviçyusu Baş nazir postuna təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə qanunverici orqanın saytında bildirilib.
"Baş nazir titul və ya şəxsi ambisiyalar məsələsi deyil. Bu, hökumətin işinə, çox vaxt ağır, lakin zəruri qərarlara görə məsuliyyəti öz üzərinə götürmək öhdəliyidir", - Seymin mətbuat xidməti Sinkeviçyusun sözlərindən sitat gətirir.
Sinkeviçyus Litvada bu vəzifəni tutan ən gənc siyasətçidir. Bundan əvvəl ölkə tarixində ən gənc baş nazir İnqa Ruqinene olub, vəzifəyə gələn zaman onun 44 yaşı var idi.
LSDP liderinin namizədliyini 80 deputat dəstəkləyib, iki nəfər əleyhinə səs verib, 28 nəfər isə bitərəf qalıb. Deputatların sözlərinə görə, gənc yaşına baxmayaraq, Sinkeviçyus hökumətə rəhbərlik etmək üçün bütün zəruri keyfiyyətlərə malikdir.