Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər

13.11.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Şinlərdəki təzyiq avtomobilin idarə edilməsi üçün vacib parametrlərdəndir. Lakin, sürücülərin çoxu bu məsələdə səhv edir. 

Avtosfer.az xəbər verir ki, bəzi sürücülər təzyiqə vizual olaraq nəzarət edir. Yəni, təkər boş görünmürsə, deməli hər şey qaydasındadır. Yaxud, müasir avtomobillərdə cihazlar lövhəsində işıq yananadək servisə yaxınlaşmırlar. 

Ekspertlərin fikrincə, təkərlərin havası ayda 1 dəfə, o cümlədən uzun yola çıxmazdan əvvəl yoxlanmalıdır. Təkər heç bir zədə və ya deşik olmasa belə, yada təbii yolla 0,1 atmosfer təzyiq itirir. Vizual yoxlama ilə kifayətlənən, yaxud indikatora inanan sürücü əksər hallarda düzgün olmayan təzyiqlə maşın sürür.

Çünki avtomobildəki indikator çox vaxt səhv göstərə bilir. Xüsusən də təkər dəyişdikdən sonra. 

Nəhayət, daha vacib məqam. Şinlərin təzyiqi soyuqkən ölçüləməlidir. 2 kilometr sürüşsən sonra təkərlərdə havanın təzyiqi 0,2 atmosfer və daha çox artır.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью