Sinner ATP Dünya Reytinqində 1 ci yerə qayıtdı

03.11.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.

Sinner ATP Dünya Reytinqində 1-ci yerə qayıtdı


Tennis Peşəkarları Assosiasiyası (ATP) kişilərin tək yarışlarının yenilənmiş reytinqini rəsmi saytında dərc edib.
Oxuməni.az xəbər verir ki, Parisdəki “Masters” turnirində qalib gələn Yannik Sinner yenidən dünyanın bir nömrəsidir. Onun 11.500 xalı var. Karlos Alkaraz 11.250 xalla ikinci yerdədir. Aleksandr Zverev (Almaniya) 5.560 xalla üçüncü yerdədir.
3 noyabr tarixinə olan ATP reytininin ilk onluğu:
1 (2). Yannik Sinner (İtaliya) — 11.500 xal.
2 (1). Karlos Alkaraz (İspaniya) — 11.250.
3 (3). Aleksandr Zverev (Almaniya) — 5.560.
4 (4). Teylor Frits (ABŞ) — 4.735.
5 (5). Novak Cokoviç (Serbiya) — 4.580.
6 (7). Ben Şelton (ABŞ) — 3970.
7 (6). Aleks de Minor (Avstraliya) — 3935.
8 (10). Feliks Oje-Alyassim (Kanada) — 3845.
9 (8). Lorentso Musetti (İtaliya) — 3 685.
10 (9). Kasper Ruud (Norveç) — 3235.
Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью