Sinner Cokoviçə qalib gələrək “Six Kings Slam”ın finalına yüksəlib

17.10.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın ikinci raketkası italyan tennisçisi Yannik Sinner yarımfinalda serb Novak Cokoviçə 6-4, 6-2 hesabı ilə qalib gələrək “Six Kings Slam” sərgi turnirinin finalına yüksəlib.

İdman.Biz-in məlumatına görə, qarşılaşma 1 saat 3 dəqiqə çəkib.

Görüş zamanı Sinner heç bir ikiqat səhvə yol verməyib, on eys edib və üç breyk-poyntdan üçünü də reallaşdırıb. Cokoviç iki eys edib, heç bir ikiqat səhv etməyib və iki breyk-poyntdan heç birini reallaşdıra bilməyib.

“Six Kings Slam”ın finalında Sinner dünyanın birinci raketkası ispaniyalı Karlos Alkarasla qarşılaşacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью