Sinner mövsümü erkən başa vurub

06.10.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Kişi tennisçilərin dünya reytinqində birinci pillədə qərarlaşan Yannik Sinner 2026-cı ilin qalan hissəsində korta çıxmayacaq.

Apasport.az xəbər verir ki, italiyalı tennisçi davam edən diz zədəsi səbəbindən mövsümü erkən başa vurmaq qərarına gəlib.

25 yaşlı idmançı sosial şəbəkə hesablarında paylaşdığı videoda həkimlərlə birlikdə dizində müalicə prosesinə ehtiyac olduğu qənaətinə gəldiklərini bildirib:

“Bu, 2026-cı il mövsümünün mənim üçün rəsmi olaraq başa çatması deməkdir. Uzunmüddətli karyeramı düşünməliyəm. Tam sağalmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm”.

Qeyd edək ki, beşqat “Böyük dəbilqə” qalibi ötən iyulda “Uimbldon”da çempion olduqdan sonra zədə səbəbindən heç bir rəsmi turnirdə iştirak etməyib.

“ABŞ Open”də 1/4 finalçılar bəlli oldu Rocer Federer Tennis Şöhrət Zalına daxil edilib Sinner tarix yazdı - Uimbldonda ardıcıl ikinci çempionluq Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью