Sinop mantısı resepti

22.06.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bu mantının ən böyük özəlliyi, boşqabın bir tərəfinin sarımsaqlı qatıq, digər tərəfinin isə bol qoz ləpəsi ilə servis edilməsidir.

Milli.Az lazımi ərzaqları təqdim edir:
Xəmir üçün:

Un: 3.5 stəkan

Yumurta: 1 ədəd

İlıq su: 1 stəkan

Duz: 1 çay qaşığı

İçlik üçün:

Qiymə: 300 qram

Quru soğan: 1 ədəd

Cəfəri: Yarım dəstə

Duz və istiot: Zövqə görə

Üzəri üçün:

Qatıq: 1 böyük kasa

Qoz ləpəsi: 1 stəkan (iri doğranmış)

Sarımsaq: 2 diş

Kərə yağı: 2 xörək qaşığı

Qırmızı toz bibər: 1 çay qaşığı

Hazırlanma qaydası
Dərin bir qabda un, yumurta, su və duzu qarışdırıb ələ yapışmayan bərk bir xəmir yoğurun. Xəmirin üzərini örtüb 30 dəqiqə dinləndirin.

Qiyməni bir qaba alın. Soğan və cəfərini xırda doğrayıb (və ya robotdan keçirib) qiyməyə əlavə edin. Duz və istiotu qatıb yaxşıca qarışdırın.

Xəmiri kündələrə bölün, orta qalınlıqda yayın. Xəmiri kvadrat şəkildə kəsin, ortasına içlik qoyub üçbucaq şəklində bükün.

Mantıları qaynar duzlu suya atıb təxminən 10 dəqiqə bişirin.

Sousun hazırlanması: Kərə yağını tavada əridib içərisinə qırmızı toz bibəri əlavə edin və azca qovurun. Sarımsağı əzib qatığa qarışdırın.

Mantıları boşqaba çəkdikdən sonra bir tərəfinə sarımsaqlı qatıq, digər tərəfinə isə bol qoz ləpəsi tökün. Ən sonda üzərinə hazırladığınız qızdırılmış bibərli kərə yağını gəzdirərək servis edin.

Xəmiri açmazdan əvvəl mütləq otaq temperaturunda dinləndirin ki, rahat açılsın.

Xəmir kvadratlarını eyni ölçüdə kəsməyə çalışın ki, bişmə müddətləri eyni olsun.

Mantıları çox qaynadıb əzməyin, azacıq diri qalması daha yaxşıdır.

Nuş olsun!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью