Sinqapur Prezidenti dövlət başçısı və Mehriban Əliyevanı təbrik edib

03.04.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Müqəddəs Ramazan bayramı münasibətilə sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu bayram dünyada insanlar arasında birlik və həmrəylik ruhunun gücləndirilməsi üçün mühüm imkandır.

Sizə və yaxınlarınıza xoşbəxtlik və uğurlar arzulayıram".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью