Sinqapur simvolik stadionu ilə vidalaşdı FOTO

23.01.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Asiyanın ən tanınmış idman obyektlərindən biri olan üzən stadion Sinqapurda rəsmi olaraq sökülüb.

İdman.Biz xəbər verir ki, şəhər rəhbərliyi Sinqapurun mərkəzində yerləşən Marina Bey ərazisində genişmiqyaslı yenidənqurma layihəsinə start verib.

Uzun illər müxtəlif idman və kütləvi tədbirlərə ev sahibliyi edən məşhur üzən arena yerini tamamilə yeni stadion kompleksinə verəcək. Layihəyə əsasən, 2027-ci ildə Marina Beydə 30 min tamaşaçı tutumuna malik müasir stadion istifadəyə veriləcək.

Yeni arena təkcə tutumu ilə deyil, memarlıq görünüşü ilə də diqqət çəkməlidir. Layihəni hazırlayan memarlar stadionun şəhərin silueti ilə harmoniyada olacağını və dünyada ən estetik idman qurğularından birinə çevriləcəyini bildirirlər.

Qeyd edək ki, sökülən üzən stadion illər ərzində Sinqapur Qran-prisi, milli bayram mərasimləri və beynəlxalq idman yarışları daxil olmaqla çoxsaylı tədbirlərin keçirildiyi unikal məkan kimi tanınırdı.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью