Icma.az, Reyting.az saytına istinadən bildirir.
Sinqapur dolları ABŞ dolları ilə müqayisədə yüksək dəyər qazanıb.
Reyting.az "Bloomberg" agentliyinə istinadla bildirir ki, ABŞ-da yaranan böyük problemlər səbəbindən bu ölkənin milli valyutası sürətlə zəifləyir, investorlar isə qoruyucu aktivlərə yönəlmək üçün yeni ünvanlar axtarırlar.
Sinqapur valyutası 0,4 faiz bahalaşmaqla, 1,2678 səviyyəsinə çatıb. Ekspertlərin sözlərinə görə, əslində, bütün bunlar Yaponiya valyuta intervensiyaları ilə bağlı spekulyasiyalar səbəbindən, eyni zamanda islahatlar nəticəsində həyata keçirilmiş proseslərin nəticəsidir.
Mütəxəssislər vurğulayıblar ki, mövcud duruma tam hazırlıqlı görünən Sinqapur Mərkəzi Bankının indiyə qədər pul-kredit siyasətini dəyişməməsi də milli valyutanın möhkəmlənməsinə güclü təsir göstərib. Bu ölkənin bankı əsas vasitə kimi faiz dərəcələrindən deyil, "S$NEER" məzənnə diapazonundan istifadə etmək qərarına gəlib.
Analitiklər yaxın dövrdə Sinqapur dollarının 1,2600 səviyyəsinədək möhkəmlənəcəyini proqnozlaşdırırlar.
Son məlumata görə, 12 ayda Sinqapur valyutası təxminən 6 faiz bahalaşıb, "Straits Times" indeksi isə rekord həddə yüksəlib.
Bildirilir ki, ölkədə ABŞ dollarına olan tələbatın sürətlə zəifləməsi Sinqapurun milli valyutasına yeni üstülüklər vəd edir.
Oqtay QORÇU