Sintetik torlar su hövzələrindən yığışdırılıb

18.12.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti dəfə sintetik torların su hövzələrindən yığışdırılması həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından və Sarısu gölünün Sabirabad rayonundan keçən hissəsindən ümumilikdə 520 metr uzunluğunda 40 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.

Aksiya çərçivəsində tədbirlər davam etdirilir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью