Sinvar və 10 HƏMAS üzvünün meyiti tuneldən tapıldı

18.05.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvarın cəsədi Qəzzanın cənubundakı tunellərdən birində tapılıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl Hədat” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Xan Yunis şəhəri yaxınlığında Sinvarla yanaşı, daha 10 silahlının meyiti aşkarlanıb.

HƏMAS məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью