Sinvar və Haniyəni məhv etdiyimiz kimi, onu da... Katz

16.05.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail Yəməndə husilərə zərbə endirməyə davam edəcək və onların lideri Abdel Malik əl-Husini məhv etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz deyib.

"Dediyimiz kimi, husilər İsrailə raket atmağa davam etsələr, ağır zərbələr alacaqlar. Qəzzada əl-Deif və Sinvar, Beyrutda Nəsrullah və Tehranda Haniyə ilə etdiyimiz kimi, terrora rəhbərlik edənləri məhv edəcəyik. Biz Yəməndə Abdel Malik əl-Husini izləyib və məhv edəcəyik”, - deyə nazir bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью