Sinvarın ekspertizasının nəticəsi açıqlandı: hücumdan əvvəl...

05.11.2024

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin Qəzza zolağının cənubunda Rəfaha etdiyi hücumda həyatını itirən HƏMAS-ın Siyasi Büro rəhbəri Yəhya Sinvarın həyatı və ölümü ilə bağlı bir sıra gözlənilməz detallar ortaya çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Asharq Al-Awsat" bu təfərrüatı öz mənbələrindən alıb.

Bildirilir ki, Sinvar İsrail hücumları səbəbindən ailəsini daha təhlükəsiz hesab etdiyi bir bölgəyə göndərib. O, ailəsi ilə 1- 1.5 ayda bir ancaq məktubla əlaqə saxlayıb.

Bundan başqa Sinvarın ekspertizasının gözlənilməz nəticəsi açıqlanıb. Məlum olub ki, HƏMAS lideri oktyabrın 16-da baş verən hücumdan əvvəl üç gün ərzində heç nə yeməyibmiş.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью