Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizimyol.info İranın "Mehr" xəbər agetliyinə istinadən xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi media hesabında paylaşım edərək İsrailin Hizbullah komandiri Heytəm Əli Təbatəbainin öldürülməsini pisləyib.
Lərcani Hizbullah komandiri və yoldaşlarının Həzrət Fatimənin (s.ə.s) şəhadət gecəsində şəhid olduğunu bildirərək: "Onlar şəhadət arzularına çatıblar. Lakin Netanyahu hamı bu yalançı rejimə qarşı mübarizə aparmaqdan başqa çarəsinin olmadığını başa düşənə qədər pis əməllərinə davam edəcək", - deyə qeyd edib.
Əli Laricani Hizbullah liderinə və üzvlərinə başsağlığı verib.
Sionist İsrailin Dahiya bölgəsinə etdiyi hücuma sərt reaksiya verən İran Xarici İşlər Nazirliyi də Hizbullah komandiri Heytəm Əli Təbatəbainin qatil rejim tərəfindən öldürülməsini sərt şəkildə pisləyib.
Qadir, Bizimyol.info