Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Siqaret çəkən insanların tənhalıq hissini daha çox yaşadığı müəyyənləşib.
Axşam.az xəbər verir ki, bunu London İmperial Kollecinin alimləri araşdırma zamanı müəyyən ediblər. Tədqiqatda Avropanın 15 ölkəsindən 50 mindən çox insanın məlumatları araşdırılıb.
Nəticələrə görə, siqaret çəkənlər araşdırmanın əvvəlində də daha tənha hiss ediblər. İki il sonra isə onların tənhalıq səviyyəsi daha da artıb.
Alimlər bildiriblər ki, siqaretlə əlaqəli xəstəliklər insanların sosial həyatda iştirakını məhdudlaşdıra bilər. Bundan başqa, siqaret çəkənlər ictimai yerlərdə daha az vaxt keçirə bilərlər.
Tədqiqatın müəllifi Kira Filipin sözlərinə görə, siqaret çəkmək sosial fəaliyyət deyil və zamanla sosial təcridi gücləndirə bilər.