Siqaret və qəlyan tüstüsü orucu pozurmu? AÇIQLAMA

04.03.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Ən vacib ibadətlərimizdən biri Ramazan bayramında oruc tutmaqdır. Orucun hansı hallarda pozulması isə ən çox verilən suallardandır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ən çox verilən suallardan biri də siqaret və ya qəlyan tüstüsünün orucu pozub-pozmaması ilə bağıdır.

Yemək-içmək kimi müəyyən hökmlərdən başqa bəzi halların orucu batil edib-etməməsi mübahisə mövzusudur. Orucu pozan halların aydın şəkildə başa düşülməsi üçün bəzi nüansları nəzərə almaq lazımdır.

Türk ilahiyyatçıları tərəfindən verilən açıqlamada bilərəkdən qəlyan və ya siqaret çəkməyin orucu batil etdiyi bildirilib. Başqalarının çəkdiyi siaret və qəlyan tüstüsünə məruz qalmaq isə, orucu batil etmir.

Oksana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью