Siqaretdən imtina etməyə kömək edən vaksin hazırlanıb

16.11.2024

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Skripps Tədqiqat İnstitutu (ABŞ) alimləri insana siqaretdən həmişəlik imtina etməyə kömək edən vaksin hazırlayıblar.

Vaksinin təsiri altında siqaret çəkən insanın orqanizmində nikotinə qarşı xüsusi anticismlər yaranır ki, nəticədə insanda siqaret çəkməyə meyl itir.

MedicalXpress xəbər verir ki, alimlər yeni vaksini siçanlar üzərində test ediblər. Məlum olub ki, nikotin 10 dəqiqədən sonra neytrallaşdırılırdı.

Alimlər yaxın zamanlarda bu vaksini insanların üzərində test etməyi planlaşdırırlar.

Əvvəllər də alimlər tərəfindən siqaret çəkməyə qarşı olan vaksinlər hazırlanırdı. Lazın bu vaksinlər lazım olan effekt vermirdi.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью