Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Qusar rayonunda 28 yaşlı oğlan həmyerlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 13-də rayonun kəndlərindən birində baş verib.
1998-ci il təvəllüdlü Aqil həmin gün saat 23:30-da aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Zaurun (adlar şərtidir – red.) bədən nahiyəsinə yumruq və təpik zərbələri ilə vurub.
Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, oktyabrın 13-də, gecə saatlarında yaşadığı kənddə küçədə dayanıb:
“Həmin vaxt Zaur sərxoş vəziyyətdə mənə yaxınlaşaraq siqaret istədi. Siqaret vermədiyinə görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Zauru itələyərək yıxdım. Sonradan əməlimdən peşman oldum. Zaurla barışmışam, mənə qarşı heç bir şikayəti tələbi yoxdur”.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb.
Qusar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 13-də rayonun kəndlərindən birində baş verib.