Siqaretlər bahalaşıb? AÇIQLAMA

13.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Siqaretlərin bahalaşması ilə bağlı yayılan xəbərlər yalandır".

Bu barədə Oxu.Az-a istehsalçı şirkətdən məlumat verilib:

"Bəzi saytlar və sosial şəbəkələrin siqaretlərin qiymətlərinin artırılması ilə bağlı xəbərləri doğru deyil".

Qeyd edilib ki, "OBA" marketlər şəbəkəsinin mağazaları özbaşına qiymət artımı edib:

"Siqaretlərin bahalaşması ilə bağlı xəbərlər yalandır. İstehsalçı şirkət olaraq, heç bir qiymət artımı etməmişik. OBA marketlər şəbəkəsinin mağazaları özbaşına qiymət artımı edib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью