Şir 19 yaşlı gənci parçaladı

01.12.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Faciə bu dəfə öyrəşdiyimiz kimi Hindistanda deyil, Braziliyada yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı gənc Juan-Pesoa zooparkında şirlər saxlanan qəfəsə daxil olub və həyatını itirib.

Bədbəxt hadisə digər ziyarətçilər tərəfindən kameraya çəkilib. Sosial şəbəkələrdə yayılan videolardan görünür ki, gənc 6 metrlik qoruyucu divarı aşaraq volyerin ərazisindəki ağaca çıxıb. Ardınca isə heç nə olmamış kimi volyerin ərazisinə düşüb. Bu zaman şirlərdən biri ona hücum edərək parçalayıb. 

Qeyd edək ki, verilən məlumata görə, gənc ruhi xəstə olub.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью