Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın hava hücumundan müdafiə qüvvələri cənubi Şiraz şəhəri üzərində İsrailə məxsus “Hermes 900” tipli pilotsuz uçuş aparatı vurulub.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatında bildirilir.
“Tasnim” agentliyi bildirib ki, Şiraz səmasında “Hermes 900” tipli pilotsuz uçuş aparatı müasir hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin