Siril Qeyn Coş Hokiti məğlub edərək çempionluq titulunu qorudu

15.11.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransalı MMA döyüşçüsü Siril Qeyn UFC-nin ağır çəki dərəcəsində çempionluq titulunu qoruyub.

Apasport.az xəbər verir ki, 36 yaşlı idmançı UFC 334 turnirinin əsas döyüşündə amerikalı Coş Hokitlə üz-üzə gəlib.

ABŞ-nin Nyu-York şəhərində keçirilən qarşılaşma beş raund davam edib.

Gərgin mübarizənin yekununda Qeyn hakimlərin yekdil qərarı ilə qalib gəlib. Hər üç hakim döyüşü 48:47 hesabı ilə fransalının xeyrinə qiymətləndirib.

Coş Hokit peşəkar MMA karyerasında ilk məğlubiyyətini yaşayıb.

Volkanovski kəmərini qorudu, EVLOYEVİN SERİYASI QIRILDI Petr Yan Dvalişvilini məğlub etdi, KƏMƏRİNİ QORUDU Asəf Çopurov UFC debütündə məğlub oldu Əvvəl şillə, sonra 10:0 – Tsarukyandan qalmaqallı qələbə - VİDEO Arman Tsarukyan mətbuat konfransında dava saldı – VİDEO
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью