Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

13.10.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyi elmi-nəşriyyat fəaliyyəti çərçivəsində yeni kitabların nəşrini planlaşdırır. Bu il muzeydə açılan iki yeni ekspozisiyanın materialları əsasında ayrıca nəşrlərin hazırlanması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova məlumat verib.

O bildirib ki, nəşrlərin hazırlanmasında əsas məqsəd muzeyin kolleksiyalarında qorunan sənət əsərləri, onların tarixi və bədii xüsusiyyətləri haqqında məlumatları sistemləşdirməkdir. Bununla yanaşı, elmi araşdırmaların nəticələrini nəşrlər vasitəsilə geniş oxucu auditoriyasına çatdırmaq, milli incəsənət irsimizin gələcək nəsillər üçün daha əlçatan olmasına töhfə vermək də muzeyin fəaliyyətinin mühüm istiqamətlərindəndir.

Şirin Məlikova qeyd edib ki, həyata keçirilən layihələrin əsas məqsədlərindən biri də insanları incəsənətlə canlı ünsiyyətə qaytarmaqdır. Onun sözlərinə görə, muzey üçün əsas prioritet incəsənətə marağı artırmaq, insanların muzeylərə gəlişini təşviq etmək və onların sənət əsərləri ilə yaxından tanış olmasına şərait yaratmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью