Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu yurdun həm dağı,aranı gözəl,
Buranın istisi,boranı gözəl,
Yurdumun görəni,soranı gözəl.
Şirindi vətənim,gözəldi yurdum,
İgiddir əsgərim,güclüdü ordum.
******
Bölmə bölgələrə mənim yurdumu,
Allahım qorusun mənim ordumu.
Vətəndəki ömür bir bahardımı?
Şirindi vətənim,gözəldi yurdum,
İgiddir əsgərim,güclüdü ordum.
******
Gəz qıraq ölkəni,qayıt gəl yurda,
Qoyma sən vətəni,qoyma sən darda,
Sev öz vətənini,olsanda harda.
Şirindi vətənim,gözəldi yurdum,
İgiddir əsgərim,güclüdü ordum.
******
Burdakı hər insan istiqanlıdı,
Kasıbı,varlısı qonaqcanlıdı,
Haqqa,ədalətə hər an bağlıdı.
Şirindi vətənim,gözəldi yurdum,
İgiddir əsgərim,güclüdü ordum.
******
Öləndə vətəndə ölmək istərəm,
Mən burda ağlamaq,gülmək istərəm,
Vətənim cənnətdi,gəlmək istərəm.
Şirindi vətənim,gözəldi yurdum,
İgiddir əsgərim,güclüdü ordum.
******
Ölüm hər bir kəsi yandırır,yaxır,
Şəhidlər ölməyir,göylərə qalxır,
Göylərdən hər zaman bizlərə baxır.
Şirindi vətənim,gözəldi yurdum,
İgiddir əsgərim,güclüdü ordum.
******
Qoruyaq vətəni ürəyimiz tək,
Bizə vacib olan gərəyimiz tək,
Qüvvətli eyləyək biləyimiz tək.
Şirindi vətənim,gözəldi yurdum,
İgiddir əsgərim,güclüdü ordum.
******
Şair vəsf eləyir bu yurdu,eli,
Vəsf edir burdakı çiçəyi,gülü,
Deyir ki,gözəldi Azəri dili.
Şirindi vətənim,gözəldi yurdum,
İgiddir əsgərim,güclüdü ordum.
******
Dünya deyir:vətən candan şirindi,
Vətən dərdi hər bir dərddən dərindi,
İgid oğul Qarabağda göründü.
Şirindi vətənim,gözəldi yurdum,
İgiddir əsgərim,güclüdü ordum.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə Edilməsi ixtisasının magistratura tələbəsi.