Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Rostov-Don şəhərində yırtıcı heyvanların nümayişi zamanı arenanı əhatə edən təhlükəsizlik torunun düşməsi nəticəsində bir pələng tamaşaçıların arasına girib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə anı bir izləyicinin mobil telefon kamerasına əks olunub.
Görüntülərdə təlimçilərin tamaşaçılara panikaya düşməmələri və olduqları yerdə hərəkətsiz qalmaları barədə xəbərdarlıq etdiyi, pələngin isə insanlar arasında dolaşdığı görünür.
Yerli xəbər saytına danışan şahidlər valideynlərin bu qorxu dolu anlarda uşaqlarını qorumaq üçün öz bədənlərini sipər etdiklərini danışıblar.
Sirk direktoru Nikolay Dovqalyuk pələngin daha sonra təlimçi tərəfindən tutulduğunu, xaltası taxılaraq qəfəsinə geri qaytarıldığını bildirib:
"Heyvanlar əhliləşdirilmiş kimi təlim keçsələr də, tamaşaçılar üçün təhlükə yaradırdılar".
Rəsmi şəxs hadisənin bir işçinin səhvi və bədbəxt hadisələrin üst-üstə düşməsi nəticəsində baş verdiyini bildirib.
Hadisədən sonra bölgə prokurorluğu və istintaq komitəsi tərəfindən rəsmi araşdırma başladılıb. Səlahiyyətlilər sirkdəki təhlükəsizlik tədbirlərini və hadisənin necə baş verdiyini araşdırırlar.
Görüntülərdə, həmçinin pələngin çöldə olduğu və təlimçinin onu qəfəsə salmağa çalışarkən heyvanın müqavimət göstərdiyi anlar da yer alır.
Təlimçinin uzun səylərdən sonra heyvanı razı saldığı görünür. Xoşbəxtlikdən hadisə zamanı can itkisi baş verməyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin