Sirkə turşusu içən 68 yaşlı qadın öldü

09.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Gəncədə sirkə turşusu içən qadın xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, şəhər sakini 1956-ci il təvəllüdlü M.İbarhimova yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 68 yaşlı M.İbrahimovanın həyatını xilas etmək mümkün olmayıb.

Onun hansı səbəbdən sirkə turşusu içərək özünü zəhərlənməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью