Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib.
Avtosfer.az Ajans.az-a istinadla xəbər verir ki, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib.
Yaxınları onun vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya çatdırmağa çalışsalar da, Aysu yolda vəfat edib.
Məlumata görə, Aysu Ocaqova Ağdam Dövlət Sosial-İqtisadi Kollecində poçt rabitəsi ixtisası üzrə təhsil alırmış.
Faktla bağlı araşdırma aparılır.