Sirkə turşusundan zəhərlənən qadın xəstəxanada öldü Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

23.11.2024

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

AZXEBER.COM-nın məlumatına görə, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Pəkuzə Məhəmməd qızı Əhmədova iki gün əvvəl 72%-li sirkə turşusundan zəhərlənib.

67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью