Sirkədən zəhərlənən 2 nəfər öldü

11.08.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağsuda sirkə turşusundan zəhərlənən şəxs vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Muradlı kəndinin ərazisində baş verib.

Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Ruslan Qurbanov avqustun 9-u zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. O, avqustun 10-u orada ölüb.

Oxşar hadisə Ucar rayonunda baş verib. Avqustun 9-u saat 11 radələrində Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşına məxsus Ucar şəhərindəki evdə sirkə turşusundan zəhərlənib.

Xəstəxanaya yerləşdirilmiş V.İmanova orada vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью