Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

23.06.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 12-də Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Beyləqan rayon sakini Yalçın Abdullayev sirkədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, iyunun 22-də orada vəfat edib.

Onun hansı şəraitdə sirkə turşusu içdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью