Sirkəsiz olmasın süfrələrimiz | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sirkə ənənəvi tibbdə uzun müddət istifadə edilən və sağlamlıq üçün çox faydalı təbii məlhəmdir.
Xalqımız sirkədən əsrlərdir ki, həm mətbəxdə, həm də təbii müalicə vasitəsi kimi istifadə edir.
Xüsusilə, alma sirkəsinin tərkibindəki vitaminlər, minerallar immunitet sisteminə, həzmə, qan şəkərinin idarə edilməsinə güclü təsir edir.
Ənənəvi təbabətdə müxtəlif xəstəliklərə qarşı əlavə olaraq istifadə edilən sirkə düzgün qəbul edildikdə sağlamlığın qorunmasında mühüm rol oynayır.
Xüsusilə, yeməkdən sonra içilən alma sirkəsi qan şəkərinin səviyyəsini tarazlaşdırır. Tip 2 diabetli xəstələrdə insulinə həssaslığı artırır.
Bundan başqa, sirkə toxluq hissi yaradaraq daha az kalori qəbul etməyə kömək edə bilər. Bu da çəkiyə ­nəzarəti dəstəkləyər.
Araşdırmalar sirkənin pis xolesterini aşağı sala və yaxşı ­xolesterolu artıra biləcəyini göstərir. Sirkə həm də təbii dezinfeksiyaedicidir.
Tam oxu
Xəbəri oxu