Şirkət hərbi gəmilərə xidmət göstərməyi dayandırıb

02.03.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Norveçin "Haltbakk Bunkers" şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə xidmət göstərməyi dayandırıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Daily Express” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə buna səbəb kimi ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında mübahisə göstərilib.

“Qısaca və əsas sözlə: Biz Norveçdəki ABŞ qüvvələrinə və onların Norveç limanlarına daxil olan gəmilərinə yanacaq tədarükünü dərhal dayandırmaq qərarına gəldik”, - şirkətin bəyanatında deyilir.

Şirkət Avropa şirkətlərini də eyni addımı atmağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью